Nazir müavini: “SSRİ-dən qalan əmanətlərin qaytarılması prosesində əhalidə sənəd çatışmazlığı müşahidə olunur”

Nazir müavini: “SSRİ-dən qalan əmanətlərin qaytarılması prosesində əhalidə sənəd çatışmazlığı müşahidə olunur”
# 04 iyul 2012 08:36 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Onun sözlərinə görə, əmanətlərin qaytarılması prosesinə yeni başlanılıb: “Məhz buna görə də müəyyən problemlər var. Bunun üçün xüsusi komissiya var. Bütün bu cür mübahisəli məsələlərlə əlaqədar həmin komissiyaya müraciət olunmalıdır. Problemlərin araşdırılması yekunlaşdıqdan sonra vəsaitlərin verilməsində heç bir problem olmayacaq”.

A.Bayramov deyib ki, indiyədək verilən vəsaitin həcminin günbəgün artdığını bildirib. O qeyd edib ki, artıq vəsaitlərin verilməsində avtomatlaşdırma da yüksəlib: “Ona görə də hesab edirəm ki, bu proses daha da sürətlənəcək və müəyyən olunmuş müddətdə problemsiz başa çatacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR