Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb - YENİLƏNİB

Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb - <font color=red>YENİLƏNİB</font>
# 17 iyul 2012 14:17 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 14-də Bakı, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Naxçıvanda keçirilib.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 30831 abituriyentdən 984 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 43 nəfəri köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən 9038 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

İxtisas seçimi avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR