Azərbaycan regionlarda rəqəmli televiziya yayımını genişləndirir

Azərbaycan regionlarda rəqəmli televiziya yayımını genişləndirir
# 27 iyul 2012 13:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş «Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı proqramı»nın həyata keçirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tədbirlər Planına uyğun olaraq regionlarda DVB-T rəqəmli yayımının tətbiqi ilə bağlı olaraq «Teleradio» İstehsalat Birliyi tərəfindən ardıcıl tədbirlər davam edir.

«Teleradio» İB-dən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar Qax rayonunun Almalı RTS-də 29-cu TV kanalında «Vigintos Elektronika» tipli, gücü 300 Vt olan, Şəki RTS-də 60-cı TV kanalda «Vigintos Elektronika» tipli, gücü 600 Vt olan DVB-T vericiləri quraşdırılaraq istismara verilib və 10 proqramlı paketin yayımı təmin olunub.

Eyni zamanda Tovuz RTS-də 58-ci TV kanalında 300 Vt-lıq «Vigintos Elektronika» tipli, Xaçmaz rayonunun Yalama RTS-də 52-ci TV kanalında, 300 Vt-lıq «Vigintos Elektronika» tipli, DVB-T rəqəmli vericiləri quraşdırılaraq istismara verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR