Elmar Məmmədyarov Küveyt səfirini qəbul edib

Elmar Məmmədyarov Küveyt səfirini qəbul edib
# 14 sentyabr 2012 14:37 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytin Azərbaycandakı səfiri Ğəssan Əbdülbari Əl-Zəvavini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib və gələcək inkişafın perspektivləri müzakirə olunub. Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Küveyt baş nazirinin müavini və xarici işlər naziri Sabah Xalid Əl-Hamad Əl-Sabah tərəfindən nazir Elmar Məmmədyarova ünvanlanmış məktubu təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR