Yunanıstan 2012-ci ilin dövlət büdcəsinə tamamilə yenidən baxacaq

Yunanıstan 2012-ci ilin dövlət büdcəsinə tamamilə yenidən baxacaq
# 22 fevral 2012 13:18 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstan ÜDM-in gözləniləndən artıq azalmasını və dövlət borcunun restrukturizasiyasına dair yeni məlumatları nəzərə alaraq 2012-ci ilin dövlət büdcəsinə tamamilə yenidən baxacaq.

APA-Economics”in Yunanıstan mətbuatına istinadən xəbərinə görə, bu il büdcə kəsirinin proqnozu 11,43 mlrd. avrodan 13,73 mlrd. avroya və ya ÜDM-in 5,4%-dən 6,7%-nə qaldırılıb.

Bundan başqa, 2,42 mlrd. avro (ÜDM-in 1,1%-i) həcmində ilkin profisit 488 mln. avro (ÜDM-in 0,2%-i) ilkin defisitlə əvəzlənib.

Dərin böhran səbəbindən büdcənin gəlirlərinə dair proqnoz 59 mlrd. avrodan 56 mlrd. avroya, xərclər proqnozu isə 73,5 mlrd. avrodan 70,3 mlrd. avroya endirilib.

Maaşların ixtisarına gəlincə, dövlət sektorunda əmək haqlarının verilməsi üzrə vahid tarifin tətbiq edilməsi, dövlət qulluqçularına əlavə ödənişlərin ixtisar olunması, nazirliklərin fəaliyyətinə xərclərin 15% azaldılması nəzərdə tutulur. O cümlədən Müdafiə Nazirliyinin xərcləri 100 mln. avro, Maliyyə Nazirliyinin xərcləri fərdi pensiyaların ixtisarı hesabına 66 mln. avro, çoxuşaqlılığa görə müavinətlər 43 mln. avro azaldılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR