Su kanalına düşən Zaqatala sakini donaraq ölüb

Su kanalına düşən Zaqatala sakini donaraq ölüb
# 06 fevral 2012 14:07 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Əlibayramlı kəndi ərazisində qeydə alınıb.

1958-ci il təvəllüdlü, Əlibayramlı kənd sakini Hazmanov Rasim Hazman oğlunun donmuş cəsədi bu gün səhər saatlarında kəndin ərazisindəki su kanalında aşkar edilib. İlkin araşdırma zamanı məlum olub ki, Rasim Hazmanov arıçılıq təsərrüfatı ilə məşğul olurmuş. O, ötən gün təsərrüfata baş çəkmək evdən çıxıb, sonra isə təsərrüfat ərazisindəki yardımçı tikilidə yemək yeyib.

Məlumata görə, içkili vəziyyətdə evə qayıdan R. Hazmanov dərinliyi 1,5 metr olan su kanalına düşüb və şaxtalı gecədə su kanalında qalan R. Hazmanov donvurmadan dünyasını dəyişib. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR