“Dolu” filmi mediaya təqdim olunub - FOTO

“Dolu” filmi mediaya təqdim olunub - <font color=red>FOTO</font>
# 05 sentyabr 2012 11:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün “Nizami” Kino Mərkəzində Aqil Abbasın müəllifi olduğu “Dolu” romanının motivləri əsasında ekranlaşdırılan eyni adlı filmin media üçün nümayişi təşkil olunub. APA-nın məlumatına görə, Qarabağ müharibəsindən bəhs edən filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, baş prodüseri Müşfiq Hətəmov, quruluşçu operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğludur.

Filmin nümayişindən əvvəl çıxış edən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov yaradıcı heyəti bir daha təbrik edib, Azərbaycan kino sahəsinin inkişafı yolunda bir sıra qanunların hazırlandığını bildirib.

Tədbirdə çıxış edən A. Abbas filmin beynəlxalq səviyyədə nümayişi barədə danışıb. O bunun Mədəniyyət və Turizm Nazirliyinə aid məsələ olduğunu deyib: “Azərbaycana müxtəlif ölkələrin zəif filmləri gətirilir, nümayiş etdirilir. Niyə bu film xarici ölkələrdə nümayiş etdirilməsin?”
Sonra film nümayiş olunub.

Qeyd edək ki, filmin rollarında Məmməd Səfa (komandir), Rza Rzayev (Drakon), Elvin Əhmədov (Pələng), Fuad Poladov (katib), Gülzar Qurbanova (Pələngin anası), Şamil Süleymanlı (müəllim), Fərhad İsrafilov (milis rəisi), Rövşən Ağayev (II Azərbaycan döyüşçüsü), Cavanşir Hadıyev (Azərbaycan döyüşçüsü), Faiq Kərimoğlu (Azərbaycan döyüşçüsü), Vüqar Vəlixanov (Azərbaycan döyüşçüsü), Oqtay Quliyev (baza müdiri), Şahmar Qəribli (baş mühasib), Sərdar İsgəndərov (Şelli Eldar), Vüsal Murtuzəliyev (jurnalist), Əjdər Zeynalov (Levon), Namis Şirməmmədov (Aram), Ramin Şıxəliyev (Musanın qardaşı), Anar Səfiyev (batalyon növbətçisi), Corc Qafarov (Qeyrət), İntiqam Soltan (şair), Sərdar Rüstəmov (erməni), Vüsalə Məmmədova (erməni qızı) və başqaları çəkilib.

Filmdəki tryukları Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri yerinə yetiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR