“İnkişaf və sülh ideyaları” kitabı çapdan çıxıb - FOTO

“İnkişaf və sülh ideyaları” kitabı çapdan çıxıb - <font color=red>FOTO</font>
# 31 iyul 2012 10:45 (UTC +04:00)
Bakı - APA. Siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Nəsibovun “İnkişaf və sülh ideyaları (II kitab)” adlı yeni əsəri çapdan çıxıb.

APA-nın xəbərinə görə, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayılın redaktorluğu ilə işıq üzü görən kitabda inkişaf, sülh və sabitlik kimi kateqoriyaların qarşılıqlı əlaqəli məzmunu öz əksini tapır, Azərbaycanda cəmiyyətin gələcək inkişafı və sülhün qorunub saxlanması və möhkəmləndirilməsi üçün bəzi ideyalar qeyd edilir.

Eyni zamanda Qərb və Şərq mədəniyyət arealları arasında aralıq coğrafi mədəniyyət məkanı kimi Azərbaycanın həm də Qərb və Şərq geosiyasi məkanları arasında oynadığı mədəniyyət qovuşdurucu funksiyasının daha da genişlənməsi üçün əlavə ideyalar, təkliflər irəli sürülür. Ölkənin beynəlmiləlləşməsi, eləcə də beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi siyasətinin genişlənməsi məqsədilə ideyalar şəklində bir çox fikirlər bildirilir, mədəniləşmə və maariflənmə proseslərinin kütləvi xarakter alması üçün müvafiq vasitələrin yaradılması istiqamətləri də şərh edilir.

Qeyd edək ki, E.Nəsibov Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini (bakalavr və magistr pillələri üzrə) və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasını bitirib. O, “ABŞ və Türkiyənin Qafqaz geosiyasi regionunda strateji maraqları və Azərbaycan Respublikası” (2006), iki cildlik “Siyasət” (2009 və 2010) və “Siyasətin tərkib hissələrinin hərəkət xüsusiyyətləri” (2010) adlı kitabların müəllifidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR