Azərbaycan paytaxtında internet tarifləri bir qədər də endiriləcək

Azərbaycan paytaxtında internet tarifləri bir qədər də endiriləcək
# 31 oktyabr 2012 13:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın vaxtlarda Bakı şəhərində internet xidmətlərindən istifadə qiymətləri bir qədər də endiriləcək. Bu barədə «APA-Economics»ə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun müavini Xankişi Kişiyev məlumat verib.

Onun sözlərinə görə, son bir neçə il ərzində təkcə Azərbaycan paytaxtında deyil, bütün ölkə üzrə internet tarifləri dəfələrlə endirilib: «Buna baxmayaraq, BTRİB ölkədə fəaliyyət göstərən 25 internet-provayderlə birgə qiymətləri bir qədər də aşağı salmaq niyyətindədir».

X.Kişiyev onu da qeyd edib ki, hazırda Bakıda yüksəksürətli internet istifadəçilərinin ümumi sayı 500 mindən çoxdur və onların təxminən 200 mini aktivdir.

BTRİB-in rəsmisi onu da bildirib ki, hazırda Azərbaycan internetin inkişafına görə MDB məkanında liderlər sırasındadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR