Ucar sakini özünü Abşeronda asıb

Ucar sakini özünü Abşeronda asıb
# 21 sentyabr 2012 07:42 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Ucar rayonunda anadan olan 1967-ci il təvəllüdlü Ələm Teyyubov Mehdiabad qəsəbəsindəki yeni yaşayış massivində özünü asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Hazırda faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR