Azərbaycanda pul bazası 29% artıb

Azərbaycanda pul bazası 29% artıb
# 03 oktyabr 2012 14:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2012-ci il oktyabrın 1-nə 9 299,8 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci il oktyabrın 1-nə nisbətən bu göstərici 2 093,3 mln. manat və ya 29,0% artıb.

O cümlədən, sentyabr ayında pul bazası 223,5 mln. manat və ya 2,5% artıb. Ümumilikdə isə, bu ilin əvvəlindən pul bazasının artımı 1 024,4 mln. manat və ya 12,4% təşkil edib.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir. Bu vəsaitlər hesabına Mərkəzi Bank kommersiya bankları qarşısında və digər öhdəlikləri icra edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR