Müdafiə Nazirliyi Tərtərdə yük maşınının minaya düşməsi barədə açıqlama yayıb

Müdafiə Nazirliyi Tərtərdə yük maşınının minaya düşməsi barədə açıqlama yayıb
# 05 mart 2012 09:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Müdafiə nazirliyi Tərtərdə yük maşının minaya düşməsi barədə açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya bildirib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus yük maşını bu gün səhər saatlarında Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında minaya düşüb. Nəticədə maşının sürücüsü, Balakən Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan, müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1987-ci il təvəllüdlü Raduqa Məmmədrahim oğlu Abdulrəhimov kəllə-beyin travması alıb. Hazırda onun vəziyyəti normaldır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR