Bakının Heydər Əliyev prospektində ağır yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO

Bakının Heydər Əliyev prospektində ağır yol qəzası baş verib, ölən və yaralananlar var - <font color=red>FOTO</font>
# 24 iyul 2012 18:10 (UTC +04:00)
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 20.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil yol hərəkəti qaydasını pozaraq yolun əks istiqamətinə çıxıb və bu zaman qarşıdan gələn “VAZ-2107” markalı maşınla toqquşub. Nəticədə nəqliyyat vasitəsi sürücülərindən biri hadisə yerində dünyasını dəyişib. Digər sürücü və bir nəfər sərnişin ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hazırda ölən və yaralanan şəxslərin adları dəqiqləşdirilir.

Polisdən həmçinin bildirilib ki, qəzanın baş verməsi Heydər Əliyev prospektində qısa müddətli tıxacın yaranmasına səbəb olub. Hadisə yerinə cəlb edilən yol polisi əməkdaşlarının səyi nəticəsində prospektdə nəqliyyatın hərəkətini bərpa etmək mümkün olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR