Nazir: “Azərbaycanda şagirdlər arasında narkotik vasitələrdən istifadə halları barədə məlumatım yoxdur”

Nazir: “Azərbaycanda şagirdlər arasında narkotik vasitələrdən istifadə halları barədə məlumatım yoxdur”
# 17 aprel 2012 07:51 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov səhiyyə nazirinin müavini Elsevər Ağayevin Azərbaycanda məktəblilər arasında narkotik istifadəçilərinin olması barədə açıqlamasına münasibət bildirərkən deyib.

M. Mərdanov bildirib ki, profilaktik tədbirlər həyata keçirmək istiqamətində nazirlik dövlət və qeyri-dövlət qurumları ilə iş aparır və bundan sonra daha geniş iş aparılacaq: “Narkomaniyaya qarşı sistemli iş görülməlidir. Digər ölkələrlə müqayisədə Azərbaycanda narkotiklərdən istifadə ilə bağlı vəziyyəti acınacaqlı hesab etmirəm. Amma bu arxayın olmağa da əsas vermir. Mənə elə gəlir ki, hər an hər bir Azərbaycan vətəndaşı narkotiklərdən istifadə hallarına qarşı mübarizə aparmağa hazır olmalıdır. Yaxşı olar ki, bu yöndə əvvəlcədən profilaktik tədbirlər həyata keçirilsin”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR