Əhliman Əmiraslanov: “Qonşu ölkələrə müalicəyə gedənlər orada səhv müalicə aldıqlarını etiraf edirlər”

Əhliman Əmiraslanov: “Qonşu ölkələrə müalicəyə gedənlər orada səhv müalicə aldıqlarını etiraf edirlər”
# 11 sentyabr 2012 10:18 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov jirnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycandan bir çox qonşu ölkələrə müalicə üçün gedən xəstələr Vətənə qayıtdığdan sonra çox təəssüf hissi keçirirlər.

Millət vəkili deyib ki, bu gün Türkiyənin də ən zəngin adamları ABŞ-a gedərək orada müalicə olunurlar. Ancaq bu, həmin ölkədə tibbin inkişaf etmədiyini deməyə əsas vermir.

Ə.Əmiraslanov bu məsələdə mətbuatın da rolunun olduğunu söyləyib. Onun sözlərinə görə, bu gün Azərbaycandan xaricə müalicəyə getmək istəyən insanlara yol göstərənlərdən də biri mətbuatdır: “Çünki insanlar xarici və ya qonşu ölkələrin səhiyyə müəssisələrinin reklamlarını Azərbaycan mətbuatında da görüb oraya üz tuturlar. Bununla da sözü gedən ölkələrin səhiyyə müsəsisəələrinin rəhbərləri, mütəxxəsisləri Azərbaycandan öz klinikalarına xəstələri cəlb etməyə səy göstərirlər. İnsanlar qonşu ölkələrin səhiyyə müəssisələrində müalicə alıb vətənə geri döndükdən sonar ağır problemlərlə qarşılaşırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR