Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin qurultayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə birləşmək barədə qərar qəbul edilib

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin qurultayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə birləşmək barədə qərar qəbul edilib
# 14 iyun 2012 12:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) ləğvi ilə bağlı qurumun fövqəladə qurultayı keçirilib. Bu barədə APA-ya ləğv olunmuş KHVTİC-in mətbuat xidmətinin rəhbəri Valid Qardaşlı məlumat verib.

Qurultayda Azərbaycan prezidentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov da iştirak edib.

Qurultayda KHVTİC-in buraxılması və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə birləşdirilməsi barədə qərar qəbul edilib. Bununla bağlı qurultay iştirakçıları dövlət başçısına müraciət ünvanlayıb.

Qeyd edək ki, KHVTİC 1924-cü ildə orduya, donanmaya və aviasiyaya kadrların hazırlanması məqsədilə yaradılıb. İlk rəhbəri Çingiz İldırım olub. Bir müddət əvvəl KHVTİC sədri, general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəis müavini təyin olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan prezidentinin sərəncamı ilə bu ilin fevral ayında yaradılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR