Eşton: «İran yaxın vaxtlarda nüvə proqramına dair danışıqlara başlaya bilər»

Eşton: «İran yaxın vaxtlarda nüvə proqramına dair danışıqlara başlaya bilər»
# 17 fevral 2012 22:50 (UTC +04:00)
Bakı-APA. İranın nüvə proqramına dair yedditərəfli danışıqlar yaxın vaxtlarda başlaya bilər. Bu barədə Avropa diplomatiyasının başçısı Ketrin Eşton bildirib.

«Ola bilsin ki, İran tezliklə danışıqlar masası arxasına oturmağa hazır oldu», deyə Eşton ABŞ dövlət katibi Hillari Klinton ilə birgə keçirdiyi mətbuat konfransında qeyd edib.

«Mən buna optimizmlə, eyni zamanda ehtiyatla yanaşıram», deyə o əlavə edib.

Öz növbəsində dövlət katibi də Tehranın danışıqlara qayıtmaq istəməsini alqışlayıb. «Bu vacib jestdir», deyə Klinton bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR