Azərbaycan son 141 ildə 2 mlrd. tondan artıq neft hasil edib

Azərbaycan son 141 ildə 2 mlrd. tondan artıq neft hasil edib
# 31 oktyabr 2012 12:40 (UTC +04:00)
«APA-Economics»in Dövlət Statistika Komitəsinin dərc etdiyi «Azərbaycanın energetikası - 2012» hesabatına istinadən verdiyi məlumata görə, 1871-ci ildə ölkədə cəmi 19 min ton neft hasil olunmuşdursa, 141 ildən sonra, yəni 2011-ci ildə Azərbaycan neft hasilatını 45,6 mln. tona çatdırıb. Ölkədə neft hasilatının rekord göstəricisi isə 2010-cu ilə təsadüf edib. Belə ki, həmin il Azərbaycanda 50,8 mln. ton neft hasil olunub.

Ölkə hökumətinin 2013-cü il üçün proqnozlaşdırdığı neft hasilatını nəzərə alsaq (43,2 mln. ton), görmək olar ki, növbəti ildə də ölkənin neft hasilatında azalma qeydə alınacaq. Ümumiyyətlə, Azərbaycanın təsdiq olunmuş neft ehtiyatları 7 mlrd. barel, ilkin çıxarılan ehtiyatları 29,9 mlrd. barel, toplam hasilat 11,7 mlrd. barel, qalan ehtiyatlar 18,2 mlrd. barel həcmində qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycanda neft hasilatının ilk mərhələsi 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlayıb və 1920-ci ilə kimi davam edib, 1847-1848-ci illərdə ilk dəfə «Bibiheybət» və sonra «Balaxanı» yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınıb və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlayıb.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 32,8 mln. ton neft hasil olunub. Bu da 2011-ci ilin eyni dövrünə nisbətən 7,6% azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR