Azərbaycanda Rusiya və Qazaxıstan neftinin emalı nəzərdə tutulur

Azərbaycanda Rusiya və Qazaxıstan neftinin emalı nəzərdə tutulur
# 31 may 2012 14:19 (UTC +04:00)
Zavodun illik istehsal gücü 10 mln. ton olacaq.

«APA-Economics»in məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib ki, birinci varianta əsasən, xammalın 70%-ni ARDNŞ nefti, 20%-ni Qazaxıstan nefti, 10%-ni isə Rusiyanın «Urals» markalı nefti təşkil edəcək. İkinci varianta əsasən, 70% ARDNŞ, 30% isə «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən hasil edilən neftdən istifadə edilməsi nəzərdə tutulur.

T.Qəhrəmanovun sözlərinə görə, birinci variantın tətbiq edilməsinin ehtimalı daha yüksəkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR