Lənkəranın Balıqçılar kəndinin həbsdə olan 4 sakininin cinayət işi ilə bağlı məhkəmə baxışı başlayıb

Lənkəranın Balıqçılar kəndinin həbsdə olan 4 sakininin cinayət işi ilə bağlı məhkəmə baxışı başlayıb
# 04 aprel 2012 14:40 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Rayon Məhkəməsində Balıqçılar kəndinin həbsdə olan 4 sakininin cinayət işi üzrə məhkəmə baxışı başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, hakim Elçin Kazımovun sədrliyi ilə keçən prosesdə zərərçəkmiş və təqsirləndirilən şəxslərin çıxışları dinlənilib. Növbəti proses aprelin 25-ə təyin olunub.

Qeyd edək ki, ötən il dekabrın 15-də gecə saatlarında Lənkəran rayonunun Balıqçılar kəndində yerli sakinlərlə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları arasında insident baş verib. İnsident sərhədçilərin balıq ovu ilə məşğul olan qəsəbə sakinlərini dənizə buraxmaması səbəbindən yaranıb. Sərhədçilər Nazirlər Kabinetinin balıqçıların ov üçün sahildən dənizin 2 kilometrlik məsafəsinə qədər getməsinin qadağan olunması barədə qərarına əsaslanıblar. Belə ki, həmin məsafə keçiləndən sonra hökumətin müəyyənləşdirdiyi qayda pozulmuş hesab olunur. Elə bu səbəbdən sərhədçilər qaydanı pozaraq uzaq məsafəyə ov üçün gedən yerli sakinlərə məxsus 5 balıqçı gəmisini içindəki 9 nəfərlə birlikdə saxlayıblar. Buna etiraz edən 200-ə yaxın qəsəbə sakini həmin şəxslərin azad olunması tələbi ilə gecə qəsəbənin mərkəzinə yığışıb. Hadisə yerinə əvvəlcə Lənkəran Şəhər Polis Şöbəsi (ŞPŞ) ilə Liman Şəhər Polis Bölməsinin əməkdaşları, daha sonra isə Daxili Qoşunların şəxsi heyəti cəlb olunub.

Hadisə zamanı kəndin 9 sakini Lənkəran ŞPŞ-nə aparılıb. Onlardan 3-nün izahatı alınaraq elə həmin gün buraxılıb. Saxlanılan kənd sakinlərindən daha iki nəfər - Qabil Əliyev dekabrın 16-da, Cavanşir İsmayılov isə dekabrın 17-də sərbəst buraxılıb. Həbs olunan digər dörd sakin - 1951-ci il təvəllüdlü İsmayıl İsi oğlu Hüseynovun, 1978-ci il təvəllüdlü Xaliq Arif oğlu Ələkbərovun, 1984-cü il təvəllüdlü Farid Nizami oğlu Məmiyevin və 1993-cü il təvəllüdlü Kainat Ağaməcid oğlu Abbaszadə barəsində isə Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən Lənkəran rayonunun Balıqçılar kənd sakinləri - 1951-ci il təvəllüdlü İsmayıl İsi oğlu Hüseynovun, 1978-ci il təvəllüdlü Xaliq Arif oğlu Ələkbərovun, 1984-cü il təvəllüdlü Farid Nizami oğlu Məmiyevin və 1993-cü il təvəllüdlü Kainat Ağaməcid oğlu Abbaszadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR