Prezident İlham Əliyev: “Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcək”

Prezident İlham Əliyev: “Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcək”
# 19 mart 2012 19:42 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyindəki çıxışında deyib.
Prezident bildirib ki, bəzi hallarda BMT-də qəbul edilmiş qətnamələr dərhal - saatlar içərisində icra edilməyə başlanılır. Azərbaycana gəldikdə isə, 20 ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalıb. Prezident bunu ədalətsizlik, beynəlxalq hüququn pozulması və böyük dövlətlərin beynəlxalq hüququn pozulmasına laqeyd münasibətin təzahürü kimi qiymətləndirib.
O, deyib: “Biz çalışacağıq ki, bu ədalətsizliyə öz imkanlarımızla və bizi dəstəkləyən ölkələrin fəal iştirakı ilə son qoyaq. Beynəlxalq hüquq normaları bərpa edilməlidir. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ və ətraf bölgələr işğalçılardan azad edilməlidir. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycan suverenliyini, ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR