Bahar Muradova: “İstənilən beynəlxalq təşkilatın qəbul etdiyi sənədlərdə Dağlıq Qarabağla bağlı həqiqətlərin öz əksini tapmasının çox böyük əhəmiyyəti var”

Bahar Muradova: “İstənilən beynəlxalq təşkilatın qəbul etdiyi sənədlərdə Dağlıq Qarabağla bağlı həqiqətlərin öz əksini tapmasının çox böyük əhəmiyyəti var”
# 20 aprel 2012 11:11 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “İstənilən beynəlxalq təşkilatın qəbul etdiyi sənədlərdə Dağlıq Qarabağla bağlı həqiqətlərin öz əksini tapmasının çox böyük əhəmiyyəti var. Bunlar Azərbaycanın diplomatik sahədə uğur əldə etməsi üçün bünövrə yaradır. Bu baxımdan Avropa Parlamentinin Strasburqdakı sessiyasında Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qəbul olunan qətnamənin çox böyük əhəmiyyəti var”. APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, qətnamə bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kifayət etmir, amma onun həllində müəyyən cığırların yaranmasına şərait yaradır: “Nə qədər çox belə sənədlər qəbul olunarsa və nə qədər çox münaqişə ilə bağlı həqiqətləri özündə əks etdirən sənədlər ortada olarsa, gələcəkdə bizim imkanlarımız daha da genişlənər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR