Abşeronda qətl hadisəsi törədilib

Abşeronda qətl hadisəsi törədilib
# 18 iyul 2012 11:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın Abşeron rayonunda qətl törədilib. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib.

Hadisə Masazır qəsəbəsində qeydə alınıb. Siyəzən rayon sakini Azad İsayev döyülmə üçün xarakterik olan xəsarətlərlə xəstəxanaya gətirilib və aldığı xəsarətdən orada ölüb.

Hadisədən dərhal sonra faktla əlaqədar Abşeron rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, iyul ayının 14-də A. İsayev tanışları, Xırdalan şəhər sakini Ziya Məmmədquluyev və Masazır qəsəbə sakini Ziya Seyfullayev ilə birgə Novxanı qəsəbəsindəki "Xəzri" yeməkxanasında olan zaman Z. Məmmədquliyevlə aralarında yaranmış münaqişə ilə əlaqədar onun tərəfindən yumruqla vurulub. Zərbədən huşunu itirən A. İsayev elə həmin şəxslər tərəfindən Masazır qəsəbəsindəki gölün yaxınlığına aparılıb və gölün sahilinə atılıb.

Həyata keçirilən tədbirlər nəticəsində Z. Məmmədquliyev Masallı rayonun Hacıtəpə kəndinin ərazisində Masallı rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.

İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR