İran nüvə alimlərini qətlə yetirən bütün şəxslərin həbs olunduğunu açıqlayıb

İran nüvə alimlərini qətlə yetirən bütün şəxslərin həbs olunduğunu açıqlayıb
# 29 iyun 2012 09:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) ölkənin nüvə alimlərinə qarşı həyata keçirilmiş sui-qəsdləri törədən bütün şəxslərin həbs olunduğunu açıqlayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İsrailə bağlı olan şəbəkənin bütün üzvləri müəyyənləşdirilərək yaxalanıb.

Qeyd edək ki, Mustafa Əhmədi Rövşən, Rza Qaşqayi, Məsud Əliməhəmmədi, Məcid Şəhriyari və Daryuş Rzayinejad müxtəlif illərdə sui-qəsdə məruz qalan iranlı nüvə alimləridir. İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq Məsud Əliməhəmmədini qətlə yetirməkdə günahlandırılan Məcid Camali Fəşi bir ay əvvəl edam olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR