«Parabank» tələbələr üçün treninq keçirib

«Parabank» tələbələr üçün treninq keçirib
# 28 iyun 2012 14:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC «Baku American Centre» tədris mərkəzində 27 nəfər müxtəlif universitetlərdən olan tələbələrə «Bank işi» mövzusunda pulsuz təlim proqramının keçirilməsini təşkil edib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, təlim proqramı 13 mövzu əsasında (risklərin idarə olunması, bank məhsullarının satışı, işə qəbul qaydaları, plastik kartlarla əməliyyatlar və s.) bank işinin ümumi sistemini əks etdirərək 3 ay müddətində həyata keçirilib.

Təlimdə «Parabank»ın müxtəlif şöbələrində çalışan peşəkar mütəxəssislər təlimçi qismində çıxış ediblər.

Qeyd edilir ki, «Baku American Centre» tədris mərkəzində keçirilən təlimlərdə müsbət nəticə göstərən tələbələr «Parabank» tərəfindən sertifikatlarla təltif olunublar. İmtahanda ən yüksək bal toplayan 2 tələbəyə «Parabank» adından «Visa Gold» və «Visa Classic» plastik kartı hədiyyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR