Bor turşusu tərkibli preparatların və “Buflomedil”in dövlət qeydiyyatının ləğv olunması üçün Səhiyyə Nazirliyinə müraciət olunub
04 may 2012 12:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) Azərbaycanda “Buflomedil” və bor turşusu tərkibli preparatların dövlət qeydiyyatının ləğv olunması, “Qatifloksasin”in isə qeydiyyatına icazə verilməməsi ilə bağlı Səhiyyə Nazirliyinin Farmokaloji və Farmakopeya Ekspert Şurasına müraciət edib. APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, bor turşusunun geri çağırılmış və istifadəsi məqsədəuyğun sayılmayan preparatlarının təhlükəsizliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdim edilən məlumatlara əsasən nəzərdən keçirilib: “Məlum olub ki, yerli istifadə olunan bor turşusu preparatlarının yüksək toksikliyi bəzi hallarda uşaqların ölümünə səbəb olub”. Müraciətdə bildirilir ki, Dərman Vasitələrinin Dövlət Reyestrinə daxil olan bor turşusu tərkibli dərman vasitələri “Borisov Dərman Preparatları Müəssisəsinin (Belarus) istehsalı olan bor turşusunun 5 faizli məlhəmi, 3 faizli spirtli məhlulu və paketdə tozu, eləcə də “Azərfarm LTD” şirkətində (Azərbaycan) istehsal edilən “Leyner” məlhəmi və “Teymurov” pastasıdır.
Müraciətdə bildirilir ki, “Buflomedil” tərkibli preparatların kardioloji və nevroloji sistemlərdə törətdiyi riskləri faydalı effektə nisbətən daha artıqdır. “Qatifloksasin” isə həyat üçün təhlükəli olan hipo və hiperqlikemiya yarada bilər: “Belə mənfi əlavə təsirlər təkcə şəkərli diabet xəstələrində deyil, həmçinin anamnezində bu xəstəliyi olmayan insanlarda da rast gəlinib. Preparatdan istifadə həm də qlikemik homeostaz prosesinin gedişatının pozulmasına da səbəb olur”.

Sosial
TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
18:42
22 may 2024
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024