Azərbaycan Əfqanıstana 50 min ədəd mina təhlükəsinə dair maarifləndirmə dərsliyi göndərəcək

Azərbaycan Əfqanıstana 50 min ədəd mina təhlükəsinə dair maarifləndirmə dərsliyi göndərəcək
# 11 iyul 2012 09:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan hökuməti 2014-cü ilədək Əfqanıstana minatəmizləmə fəaliyyətinin bütün aspektləri üzrə yardımlarını davam etdirəcək. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Agentlikdən bildirilib ki, Əfqanıstan minatəmizləmə qurumunun rəhbərinin Azərbaycana səfəri çərçivəsində minatəmizləmə sahəsində əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması, mina aksiyası üzrə məlumat bazasının yaradılması, eləcə də minadan zərərçəkənlərə yardım göstərilməsi barədə müzakirələr aparılıb.

Əməkdaşlıq çərçivəsində 2014-cü ilədək 40-50 min ədəd mina təhlükəsinə dair maarifləndirmə şagird dərslikləri və müəllim vəsaitləri Azərbaycan hökumətinin hesabına çap edilərək Əfqanıstana göndəriləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR