Qida məhsullarının yoxlanması ilin sonunadək davam edəcək

Qida məhsullarının yoxlanması ilin sonunadək davam edəcək
# 01 noyabr 2012 13:46 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) tərəfindən cari ilin sonuna kimi hansı məhsullar üzərində yoxlamaların aparılacağı məlum olub. RGEM-in qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya açıqlamasında deyib ki, noyabr-dekabr aylarında yoxlanılacaq məhsullara müxtəlif növ uşaq qidaları, zeytun şorabaları, mayonezlər, meyvə-tərəvəz, ət və ət-konservləri, kartof çipsiləri, çay-qəhvə və digər məhsulları daxildir.

İ.Abdullayev əlavə edib ki, artıq kremli-qənnadı məhsullar üzərində aparılan yoxlamalar başa çatıb. Onun sözlərinə görə, planda 100 nümunə nəzərdə tutulsa da, 102 nümunənin yoxlanması həyata keçirilib. Şöbə müdiri vurğulayıb ki, onlardan 6 nümunə qeyri-kafi qiymətləndirilib və təkrar müayinəyə göndərilib: “Hisə verilmiş balıqlarla bağlı araşdırmalar isə artıq başa çatmaq üzrədir. Onların cavabları yaxın zamanlarda açıqlanacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR