Dağıstanda hərbi maşın karvanı atəşə tutulub, bir hərbiçi öldürülüb, daha bir nəfər yaralanıb

Dağıstanda hərbi maşın karvanı atəşə tutulub, bir hərbiçi öldürülüb, daha bir nəfər yaralanıb
# 25 avqust 2012 01:28 (UTC +04:00)
Bakı-APA. Dağıstanda hərbi maşın karvanı 4 nəfər naməlum şəxs tərəfindən atəşə tutulub.
APA-nın “Radio Mayak”-a istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində Rusiya Müdafiə Nazirliyinin podpolkovniki həlak olub, daha bir hərbiçi ağır yaralanıb. Dağıstan istintaq idarəsindən bildiriblər ki, atəş içərisində 4 nəfər olan VAZ markalı avtomobildən açılıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri aparır.
Hadisə yerində istintaq qrupu işləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR