Salyan rayonunda e. ə. IX-VIII əsrlərə aid torpaq qəbirlər aşkara çıxarılıb

Salyan rayonunda e. ə. IX-VIII əsrlərə aid torpaq qəbirlər aşkara çıxarılıb
# 11 may 2012 13:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Salyan rayonunun Babazanlı kəndi ərazisində e. ə. IX-VIII əsrlərə aid torpaq qəbirlər aşkara çıxarılıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Salyan Arxeoloji Ekspedisiyasının rəisi, tarix elmləri doktoru Arif Məmmədov məlumat verib. O bildirib ki, bu qəbirlər küp qəbirlərin altında yerləşir: “Arxeoloji qazıntılar nəticəsində aşkar olub ki, küp qəbirlər torpaq qəbirstanlığının üstündə salınıb. Yəni torpaq qəbirlərin yaşı küp qəbirlərə nisbətən daha qədimdir”.

A. Məmmədov deyib ki, arxeoloji qazıntıların indiki mərhələsi tarixdə Muğan mədəniyyəti adı ilə tanınan və e.ə. VIII əsrə aid olan mədəniyyətin mərkəzinin məhz Salyan şəhəri olduğunu sübut edir. Arxeoloji qazıntılar davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR