BMT: Suriyada münaqişədə həlak olanların sayı 30 minə çatıb

BMT: Suriyada münaqişədə həlak olanların sayı 30 minə çatıb
# 15 oktyabr 2012 22:56 (UTC +04:00)
Bakı-APA. Suriyada 2011-ci ilin martından davam edən hökumət və müxalifətin silahlı qarşıdurmasında ölənlərin sayı 30 min nəfərə çatıb. Bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman məlumat verib.

Feltman münaqişənin getdikcə daha geniş miqyas aldığını bildirib.

«Bu ərəb ölkəsindəki vəziyyət onu göstərir ki, böhranın hərbi həlli yoxdur», deyə Feltman bəyan edib.

Xatırladaq ki, «Syrian Observatory for Human Rights» hüquq müdafiəsi təşkilatı Suriyada münaqişə başlanandan 33 min nəfərin öldüyünü bildirmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR