AMEA Əlyazmalar İnstitutu XIX əsr təriqət şairi Sədi Sani Qarabağinin “Divan”ını əldə edib

AMEA Əlyazmalar İnstitutu XIX əsr təriqət şairi Sədi Sani Qarabağinin “Divan”ını əldə edib
# 19 oktyabr 2012 12:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın XIX əsrdə yaşamış təriqət şairi Sədi Sani Qarabağinin “Divan”ının surəti əldə edilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimovun APA-ya verdiyi məlumata görə, “Divan” institutun əməkdaşı, professor Azadə Musayeva tərəfindən Ankaradakı Milli Kitabxanada aşkarlanıb. P. Kərimov deyib ki, 116 vərəqdən ibarət əlyazma 1888-ci ildə köçürülüb. “Divan”a bir farsca qəsidə, 19 farsca qəzəl, 199 azərbaycanca qəzəl və azərbaycanca müxtəlif janrlarda şeirlər daxildir: “Bu, Sədi Sani Qarabağinin əlimizə çatan ilk tam şeirlər toplusudur. Sədi Sani təriqət şairi olub, əsərləri sovet vaxtı kifayət qədər tədqiq olunmayıb, ədəbiyyat tarixinə düşməyib. Lakin o Seyid Nigaridən sonra ən güclü təriqət şairi hesab edilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR