Mirzə Ələkbər Sabirin əsərlərinə həsr olunmuş sərgi keçiriləcək

Mirzə Ələkbər Sabirin əsərlərinə həsr olunmuş sərgi keçiriləcək
# 04 iyun 2012 13:54 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Görkəmli Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 ili tamam olur. Prezident İlham Əliyevin sərəncamına əsasən ədibin yubileyi geniş şəkildə qeyd olunur, müxtəlif tədbirlər keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, yubileylə əlaqədar xalq rəssamı Arif Hüseynovun və əməkdar incəsənət xadimi Bayram Hacızadənin qrafika əsərlərindən ibarət sərgi keçiriləcək. İyunun 5-də Muzey Mərkəzində keçiriləcək sərgidə 55 rəsm əsərin nümayişi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR