İTM: Azərbaycanda illik inflyasiya 7,4%-ə çatıb

İTM: Azərbaycanda illik inflyasiya 7,4%-ə çatıb
# 10 oktyabr 2012 12:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin sentybar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayında Azərbaycanda 1,43% inflyasiya qeydə alınıb. Müşahidələr göstərib ki, ötən ay ölkənin istehlak bazarında bütün mal və xidmət qrupları üzrə artım baş verib. Belə ki, ay ərzində ərzaq məhsulları 1,98%, qeyri-ərzaq məhsulları 1,31%, xidmət tarifləri isə 0,09% bahalaşıb.

Avqust ayına nisbətdə sentyabrda paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 1,98%, regionlarda isə 0,88% bahalaşıb. Bu zaman ərzaq məhsullarının qiyməti Bakıda 2,62%, regionlarda 1,36%, qeyri-ərzaq məhsulları müvafiq olaraq 2,19% və 0,45%, xidmət tarifləri isə 0,05% və 0,14% artıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin ilk 9 ayında ölkədə 4,00%, o cümlədən Bakıda 6,70%, regionlarda isə 1,34% inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 6,12%, xidmətlər 2,95%, qeyri-ərzaq məhsulları isə 0,49% bahalaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) Azərbaycanda 7,36% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 11,17%, regionlarda isə 3,62% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında (11,84%) olub. Qeyri-ərzaq məhsullarında 0,59%, xidmətlərdə isə 4,59% artım baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR