Qeyri-sabit hava şəraiti Azərbaycanın Şəki və Qax rayonlarında bəzi fəsadlara səbəb olub

Qeyri-sabit hava şəraiti Azərbaycanın Şəki və Qax rayonlarında bəzi fəsadlara səbəb olub
# 02 iyun 2012 09:04 (UTC +04:00)
Şəki rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Valeh Ələkbərov APA-nın Şəki-Zaqatala bürosuna bildirib ki, iyunun 1-dən 2-ə keçən gecə rayon ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb, rayonun Köbək Zəyzid, Küdürlü və Çapağan kəndləri ərazisinə dolu düşüb. Bu kəndlərə yağan dolu nəticəsində bir sıra fərdi evlərin dam örtüyü yararsız hala düşüb. Kənd sakinlərinin taxıl və tərəvəz sahələrinə ciddi ziyan dəyib. Hazırda rayon FHK-nın əməkdaşları həmin kəndlərdə əhaliyə dəymiş ziyanın miqdarını hesablayır.

İyunun 1-dən 2-ə keçən gecə Qax rayonunda da qeyri-sabit hava şəraiti müşahidə olunub.

Qax rayon İH-dən APA-ya verilən məlumata görə, güclü külək nəticəsində rayon ərazisinin bəzi yerlərində ağaclar qırılıb, bir sıra kəndlərə elektrik enerjisinin verilməsində gecə saatlarından fasilə yaranıb. Artıq qırılmış ağaclar ərazilərdən təmizlənib, elektrik enerjisinin verilməsi bərpa edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR