Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının akkreditasiyasına başlanılır

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının akkreditasiyasına başlanılır
# 14 fevral 2012 08:52 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Sabah Təhsil Nazirliyinin Akkreditasiya Komissiyası tərəfindən Azərbaycanda bir orta və bir ali məktəbin akkreditasiyasına başlanılacaq. Bu barədə APA-ya Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev bildirib. Onun sözlərinə görə, həmin məktəblər Bakı şəhər 164 saylı tam orta məktəb və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıdır.

Qeyd edək ki, orta məktəblərin akkreditasiyası üçün ilkin olaraq 11 pilot məktəb seçilib. Həmin məktəblər Gəncə şəhər 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Bakı şəhər 225, Şirvan şəhər 16 saylı tam orta məktəblər, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziya, , Mingəçevir şəhər 10 saylı, Ağdaş rayon 1 saylı, Lənkəran rayon 4 və 6 saylı, Şəki şəhər 3 saylı, Quba rayon 2 saylı tam orta məktəblərdir. Gəncə şəhər 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey və Bakı şəhər 225 saylı tam orta məktəblərinin akkreditasiyası həyata keçirilib və nəticələr yaxın vaxtlarda açıqlanacaq.

Akkreditasiyası olunacaq ali məktəblər isə Azərbaycan Aqrar Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Kooperasiya İnstitutu, , Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Dövlət Universitetidir.

.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR