Hüseyn Cavidin “Şeyda” dramı 11 dilə tərcümə edilib

Hüseyn Cavidin “Şeyda” dramı 11 dilə tərcümə edilib
# 12 iyul 2012 08:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin Ev Muzeyi və Bakı Slavyan Universitetinin birgə təşəbbüsü ilə H.Cavidin “Şeyda” əsəri 11 dilə (türk, rus, ingilis, alman, fransız, polyak, belarus, bolqar, ukrayna, çex, yunan) tərcümə edilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Şeyda” dramının dünyanın müxtəlif dillərinə tərcüməsi H. Cavidin anadan olmasının 130 illiyi münasibətilə hazırlanmış tədbirlər planına daxil edilib. Kitabın yubiley ərəfəsində nəşr olunması nəzərdə tutulub. Kitabın tərtibçisi filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR