BAXCP sədri Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun nümayəndələri ilə görüşüb

BAXCP sədri Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun nümayəndələri ilə görüşüb
# 04 iyun 2012 10:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Niderlandın Çoxpartiyalı Demokratiya İnstitutunun proqram meneceri Kati Pirini və institutun Gürcüstan üzrə nümayəndəsi Levan Tsutskiridzeni qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Niderlandın Çoxpartiyalı Demokratiya İnstitutunun hazırda Gürcüstanda həyata keçirdiyi və Azərbaycanda da gerçəkləşdirmək istədiyi siyasi partiyalara dəstək proqramı haqqında söhbət açılıb. Qonaqlar proqramda siyasi partiyaların institutlaşması prosesinin əsas amil kimi nəzərdə tutulduğunu və inkişafda olan demokratiyalar üçün önəm kəsb etdiyini vurğulayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR