Liviyada ABŞ konsulluğuna hücumla bağlı bir neçə şübhəli şəxs yaxalanıb

Liviyada ABŞ konsulluğuna hücumla bağlı bir neçə şübhəli şəxs yaxalanıb
# 13 sentyabr 2012 15:34 (UTC +04:00)
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, daxili işlər nazirinin müavini Vanis əş-Şaref olayla bağlı təhqiqatın başlandığını və bir neçə nəfərin həbs olunduğunu bildirib. O, həbs olunanların sayını açıqlamayıb.

Xatırladaq ki, Benqazidəki ABŞ Konsulluğuna hücum zamanı ABŞ-ın bu ölkədəki səfiri, 52 yaşlı Kristofer Stivens və daha 3 amerikalı diplomat öldürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR