“Əməkdar tibb işçisi” fəxri adı təsis edilib

“Əməkdar tibb işçisi” fəxri adı təsis edilib
# 06 iyul 2012 17:51 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar tibb işçisi” fəxri adının təsis edilib.

APA-nın məlumatına görə, həmin sərəncamla Nazirlər Kabinetinə Azərbaycan Respublikasının “Əməkdar tibb işçisi” fəxri adının döş nişanı və vəsiqəsinin hazırlanmasına olan tələbat, Azərbaycan Respublikasının “Əməkdar tibb işçisi” fəxri adının döş nişanının təsviri və eskizi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR