ABŞ-ın Nyu-Cersi Ştatı Xocalı qətliamını tanıyıb

ABŞ-ın Nyu-Cersi Ştatı Xocalı qətliamını tanıyıb
# 25 fevral 2012 09:39 (UTC +04:00)
Bu barədə APA-nın müxbirinə Qubernatorluqdan məlumat verilib.

“Nyu-Cersi Ştatı adından, biz ABŞ-Azərbaycanlıları Şəbəkəsi və erməni və rus əsgərləri tərəfindən Dağlıq Qarabağ müharibəsinin dəhşətli faciəsinin - qaçmağa cəhd edərkən yüzlərlə etnik azərbaycanlının qətlə yetirildiyi Xocalı qətliamının 20-ci ildönümünü yad edən hər kəslə həmrəy olduğumuzu bildiririk”, - deyə bəyanatda qeyd olunur.

ABŞ-Azərbaycan Şəbəkəsi bunun Xocalı qətliamının hər hansı ABŞ qubernatoru tərəfindən tanınan ilk fakt olduğunu qeyd edərək, bəyanatı alqışlayıb.

Şəbəkə bildirir ki, Nyu-Cersi Ştatı bununla, Xocalı qətliamını tanıyan ilk ABŞ ştatı olub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR