Səməd Seyidov Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşüb - FOTO

Səməd Seyidov Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşüb - <font color=red>FOTO</font>
# 16 iyul 2012 12:59 (UTC +04:00)
İyulun 16-da ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Hanın diplomatik missiyasının sona yetməsi ilə əlaqədar qəbul edib.
Səfiri universitetdə görməkdən məmnunluğunu dilə gətirən Səməd Seyidov iki ölkə arasındakı münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan - Koreya münasibətlərinin inkişafında səfirin rolunu yüksək qiymətləndirib və onu əvəzləyəcək səfirin də bu münasibətlərin qorunub saxlanması və inkişaf etdirilməsinə xidmət edəcəyinə əmin olduğunu deyib. Koreya universitetləri ilə Azərbaycan Dillər Universitetinin çox səmərəli əməkdaşlıq etdiyini bildirən rektor Səməd Seyidov ən güclü və davamlı əməkdaşlığın təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılmasında olduğunu bildirib. Rektor S.Seyidov universitetdə Koreya dili kafedrasının fəaliyyət göstərdiyini, Tərcümə fakültəsində bu dilin tədris olunduğunu bildirib. Bu məqsədlə Koreyadan mütəxəssis müəllimlərin universitetə dəvət olunduqlarını da sözlərinə əlavə edib. Bu istiqamətdə Koreyanın bir sıra mədəniyyət mərkəzləri, institutları ilə əməkdaşlıqda, birgə əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib.

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha hər iki ölkə arasında yaradılan diplomatik əlaqələrin dinamik inkişaf etdiyini bildirib. Səfir Li Ci Ha ADU və Koreya universitetləri ilə əlaqələrdən danışaraq universitetlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Bu əlaqələrin davam və inkişaf etdirilməsinə inamını ifadə edib. O, öz xələfinin də bu istiqamətdə fəaliyyət göstərəcəyinə ümid etdiyini söyləyib.

Görüşün sonunda səfir Li Ci Ha ADU-ya xatirə hədiyyəsi təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR