Avstraliyada pivə istehlakı son 65 ildə ən aşağı həddə düşüb

Avstraliyada pivə istehlakı son 65 ildə ən aşağı həddə düşüb
# 03 may 2012 11:43 (UTC +04:00)
Bakı - APA-Economics. Avstraliyada pivə istehlakı İkinci Dünya müharibəsindən bəri ən aşağı həddə düşüb.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, buna səbəb zəngin istehlakçıların şərabı pivədən üstün tutmasıdır.

Yerli analitiklər bildirirlər ki, insanların gəlirləri artdıqca, onlar daha keyfiyyətli içkilərə üstünlük verirlər. Nəticədə isə 1970-ci illərdən şəraba artan tələbat pivəyə olan tələbatın son 65 ildə minimum səviyyəyə düşməsinə səbəb olub.

Qeyd edək ki, Avstraliyada pivə istehlakında rekord göstərici 1975-ci ildə qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR