Azərbaycanda ədliyyə kapitanı özünü 8-ci mərtəbədən atıb

Azərbaycanda ədliyyə kapitanı özünü 8-ci mərtəbədən atıb
# 11 iyun 2012 09:09 (UTC +04:00)
Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün səhər saat 05.00 radələrində Xətai rayonu, Xocalı prospekti, ev 2, mənzil 26 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 32 yaşlı Əliyev Samir Nazim oğlu yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Xətai rayon Prokurorluğundan isə APA-ya bildirilib ki, hadisənin intihar olub-olmadığı hələlik məlum deyil. S. Əliyevin bədbəxt hadisə nəticəsində binadan yıxılması da istisna edilmir. Hadisənin dəqiq baş vermə səbəbləri aparılan araşdırmaların sonunda məlum olacaq.

Qeyd edək ki, S. Əliyev Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsində çalışıb, ədliyyə kapitanıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR