Aydın Əliyev: «Azərbaycan gömrük xidmətinin aşkarladığı narkotik maddələrin həcmi dəfələrlə artıb» - FOTO

Aydın Əliyev: «Azərbaycan gömrük xidmətinin aşkarladığı narkotik maddələrin həcmi dəfələrlə artıb» - <font color=red>FOTO</font>
# 08 oktyabr 2012 10:10 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Toqo Respublikasının gömrük xidmətinin nümayəndələri ilə Bakıda keçirilən görüşdə bildirib.

A.Əliyevin sözlərinə görə, əgər 15-17 il əvvəl Azərbaycanın gömrük xidməti ildə 3-5 kq narkotik maddə aşkar edirdisə, indi bu rəqəm yüzlərlə kiloqramlarla ölçülür. Son illər Azərbaycanda narkotik tranziti və qaçaqmalçılığı ilə məşğul olan bir neçə beynəlxalq mütəşəkkil cinayətkar qrupu aşkarlanıb. «Bəzi qruplar 8-10, hətta 14 ölkənin vətəndaşlarından ibarət olub və onlar ölkə ərazisindən narkotik tranziti kimi istifadə etmək istəyiblər», - deyə Komitə sədri vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR