Azərbaycan prezidenti Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat vəsait ayırıb

Azərbaycan prezidenti Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat vəsait ayırıb
# 13 aprel 2012 16:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

«APA-Economics»in xəbərinə görə, sərəncamda Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılıb.

Azərbaycan Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR