Yunanıstan Suriyadakı səfirliyini bağlayıb

Yunanıstan Suriyadakı səfirliyini bağlayıb
# 26 iyul 2012 21:54 (UTC +04:00)
Bakı-APA. Yunanıstan hökuməti təhlükəsizlik səbəbindən Suriyadakı səfirliyini bağlamaq qərarına gəlib. Bu barədə Yunanıstan XİN mətbuat xidmətinin məlumatında deyilir.

«Suriyada təhlükəsizlik sahəsində vəziyyətin getdikcə pisləşməsi səbəbindən Dəməşqdə səfirliyin fəaliyyəti bu gündən dayandırılır», deyə məlumatda bildirilir.

Buna baxmayaraq, Suriyanın Hələb, Latakiya və Tartus şəhərlərindəki yunan konsulluqları işlərini davam etdirəcəklər.

Son həftə ərzində Suriyada təxminən 1,3 min nəfər həlak olub. Ümumilikdə Suriya münaqişəsi zamanı həlak olanların sayı 19 min nəfərə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR