“Atom” klubunun direktoru: “Alessandro Çiappininin Azərbaycana yollanmasından xəbərsizəm”

“Atom” klubunun direktoru: “Alessandro Çiappininin Azərbaycana yollanmasından xəbərsizəm”
# 29 mart 2012 12:26 (UTC +04:00)
Bakı – APA. “İtaliyalı baş məşqçi Alessandro Çiappini komandamızı çempion etdi və Çempionlar Liqasının 1/8 final mərhələsinə kimi yüksəltdi”. Bunu apasport.az saytına açıqlamasında Polşanın “Atom” voleybol klubunun direktoru Qriqori Zyeba deyib.

Çiappininin “Azərreyl”də Faiq Qarayevi əvəzləməsinə münasibət bildirən klub rəsmisinin sözlərinə görə, təcrübəli mütəxəssislə artıq heç bir bağlılıqları qalmayıb: “Onun komandamızla müqaviləsi başa çatıb. Artıq burada çempionluq sevinci yaşayırıq. Bunun üçün hazırda Çiappinini ilə bu barədə söhbətimiz olmayıb. Lakin onunla yolumuzu davam etdirmək də pis olmaz. Bu, onun seçimi olacaq və yəqin ki, Çiappini yekunda ən düzgün qərarı özü verəcək. Alessandro Çiappininin Azərbaycana yollanmasından xəbərsizəm. O, növbəti mövsümdə harada işləyəcəyi ilə bağlı son sözü tezliklə deyəcək. Lakin italiyalı çalışdırıcı təcrübəli mütəxəssis olduğundan digər ölkələrdə də işləməsi istisna deyil”.

Qeyd edək ki, “Atom”un Çempionlar Liqasında yolunu Bakının “Rabitə” klubu kəsmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR