Heydər Əliyev Fondunun dəstəyi ilə Milli parkda Azərbaycanın gənc və tanınmış rəssamlarının sərgisi keçiriləcək - FOTOSESSİYA

Heydər Əliyev Fondunun dəstəyi ilə Milli parkda Azərbaycanın gənc və tanınmış rəssamlarının sərgisi keçiriləcək - <font color=red>FOTOSESSİYA</font>
# 17 mart 2012 09:47 (UTC +04:00)
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və odlar diyarının rəmzi hesab olunan Qız Qalası Azərbaycanın qədim tarixinin və memarlığının incisi olmaqla yanaşı, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və mədəniyyətlərarası dialoqa öz töhfəsini vermək iqtidarındadır. “Azərbaycan paytaxtında “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı artıq iki ildir ki, uğurla həyata keçirilir. İndiyədək müsabiqədə müxtəlif dünya ölkələrindən gələn 40-dan çox rəssam iştirak edib. Layihə çərçivəsində bu unikal müəllif işlərini dünyanın müxtəlif ölkələrində nümayiş etdirmək və ümumdünya mədəni irsinin bir hissəsi olan Qız Qalasının təbliğində əhəmiyyətli vasitəyə çevirmək nəzərdə tutulur. Sərgi eksponatları artıq ölkə hüdudlarından kənarda nümayiş etdirilir, belə ki “Qız qalası” Beynəlxalq İncəsənət Festivallarında yaradılan əsərlər bir sıra xarici dövlətlərdə keçirilən sərgilərdə beynəlxalq auditoriyaya təqdim edilib” – deyə məlumatda bildirilir.

Novruz bayramı ərəfəsində isə “Qız qalası” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Milli parkda Azərbaycanın gənc və tanınmış rəssamlarının sərgisi nümayiş olunacaq. Bu dəfə tamaşaçılara Emin Əsgərov, Vüqar Muradov, Hüseyn Haqverdi, Rəşad Cəbbarov, Namiq Məmmədov, Nazim Şamxorov, Yelena Haqverdi, Həmidə Məlikova, Taleh Mirkazımov, Sübhan Məmmədov, Adil Yusifov, Şamo Abasov və Məhəmməd Orucovun Qız qalası maketlərinin üzərində işlədikləri nar mövzusu təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR