Azərbaycan paytaxtında daha bir sürüşmə ərazisində aktivlik müşahidə olunur

Azərbaycan paytaxtında daha bir sürüşmə ərazisində aktivlik müşahidə olunur
# 03 mart 2012 11:41 (UTC +04:00)
Nəticədə Qaraçuxur qəbirstanlığının bəzi qəbir daşlarında və qəbirstanlığın aşağı hissəsində sürüşmə prosesi qeydə alınıb. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.

Onun sözlərinə görə, hazırda həmin ərazidə ETSN nümayəndələri tərəfindən müşahidələr aparılır: “İstinad divarlarında çatlar yaranıb. Dünəndən ərazidə nisbi stabillik var. Dünən qoyulmuş mayakların göstəriciləri stabildir. Hazırda Qaraçuxur sürüşmə sahəsinin eni 30-35 metr, uzunluğu 100 metrə yaxındır. Ora qədim sürüşmə sahəsidir”.

Ş. Niftiyev deyib ki, Bayıl sürüşmə sahəsində isə stabillik davam eləyir: “Bayıl ərazisində aktivləşmə və hər hansı neqativ hal müşahidə olunmur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR